Dünya

ABŞ tarixinin ən böyük məhkəmə işlərindən birinin müttəhimi ekstradisiya edilir – FOTO

Sharing is caring!

Müflis olmuş FTX kriptovalyuta birjasının qurucusu və keçmiş baş direktoru Sem Benkman-Frid ABŞ-yə ekstradisiyaya razılaşıb.

Bu barədə həbs edilən şəxsə yaxın mənbələr bildiriblər.

Biznesmen ötən həftə Vaşinqtonun tələbi ilə Baham adalarında saxlanılıb.

Qeyd edək ki, səkkiz milyard civarında maliyyə fırıldağı ilə bağlı iş artıq ABŞ tarixində ən böyük məhkəmə işlərindən biri statusunu alıb.

Ekstradisiyanın vaxtı hələ dəqiqləşməyib. Dekabrın 21-də Baham adalarında keçiriləcək məhkəmə iclasında biznesmenin ekstradisiyası məsələsinin həll olunacağı gözlənilir.

Xatırladaq ki, FTX noyabrın əvvəlində iflas olduğunu elan edib, baş direktor Benkman-Frid də istefa verib. Biznesmen ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.

Mənbə: BBC

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir