Dünya

Aİ-dən çıxan Britaniyanın itkiləri açıqlandı

Sharing is caring!

İngiltərə iqtisadiyyatı 2022-ci ilin ilk yarsınadək “Brexit” səbəbiylə 33 milyard funt sterlinq itirib.

Araşdırmaya əsasən, “Brexit” olmasaydı Böyük Britaniyanın ÜDM-i indikindən 5,5% çox olardı ki, bu da 33 milyard funt sterlinqə bərabərdir.

Bildirilir ki, ölkənin Aİ-dən çıxması ilə əlaqədar Britaniyada ticarət – 7%, investisiyalar isə 11% azalıb.

Qeyd olunur ki, siyasətçilərin “Brexit” haqqında dediklərilə real məlumatların arasında uçurum var.

Xatırladaq ki, Britaniya 31 yanvar 2020-ci ildə 47 illik üzvlükdən sonra Aİ-dən çıxıb.

Mənbə: 1prime.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir