Dünya

Putin: “Nüvə qoşunlarımızın döyüş hazırlığını təkmilləşdirməyə davam edəcəyik”

Sharing is caring!

“Biz nüvə qoşunlarımızın döyüş hazırlığını təkmilləşdirməyə davam edəcəyik”.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin genişləndirilmiş iclasında çıxışı zamanı bildirib.

O, NATO-nun Rusiyaya qarşı bütün hərbi potensialından istifadə etdiyini bildirib.

“NATO qüvvələri və hərbi vasitələri ilə bağlı bütün məlumatlar təhlil edilməli və Rusiya Silahlı Qüvvələrinin təşkilində istifadə olunmalıdır”, – deyə Putin qeyd edib.

Putin Rusiyanın hərbi potensialını artıracağını bildirib.

“Rusiyanın hər yerində və onun yeni torpaqlarında xalqın təhlükəsizliyi təmin olunacaq. Ordumuzun maliyyələşdirilməsində heç bir məhdudiyyətimiz yoxdur”, – deyə o vurğulayıb.

Putin həmçinin nüvə qoşunlarının döyüş hazırlığını təkmilləşdirməyə davam edəcəklərini qeyd edib. O, qitələrarası raket sarayının inşa olunacağını və yaxın gələcəkdə öz missiyasına başlayacağını da əlavə edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir