Dünya

Mbappenin DÇ-2022-nin final oyununun fasiləsində emosional çıxışı yayımlandı: “Bu, axmaqlıqdır”

Sharing is caring!

Fransa millisinin hücumçusu Kilian Mbappenin Argentina ilə final matçında fasilə zamanı emosional çıxışının mətni yayımlanıb.

Mbappenin komanda yoldaşlarını ruhlandırdığı çıxışı “RMC Sport” nəşrində dərc olunub.

“Bu, dünya çempionatının finalıdır, bu, həyatımızın matçıdır. İstənilən halda vəziyyət artıq bundan pis olmayacaq. Meydana qayıdırıq və rəqibə daha belə oynamağa imkan vermirik – bu, axmaqlıqdır. Ya meydana çıxırıq, bütün gücümüzü ortaya qoyuruq və dueldə qalib gəlirik, ya da nəsə başqa bir şey etmək lazımdır.

Uşaqlar, bu, dünya çempionatının finalıdır. Oyuna qayıda bilərik! Bu, dörd ildə bir dəfə baş verir”, – deyə Mbappe çıxışında qeyd edib.

Xatırladaq ki, birinci hissədən sonra fransızlar 0:2 hesabı ilə geri qalırdılar. İlk 45 dəqiqədə fransızlar bir dəfə də olsun Emiliano Martinesin qapısından qol keçirə bilməmişdilər.

Görüşün sonunda isə Kilian Mbappe iki dəqiqə ərzində turnirin ən yaxşı qapıçısının qapısından iki dəfə qol keçirmişdi.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir