Dünya

İran-Pakistan sərhədində qanlı toqquşma: Dörd SEPAH döyüşçüsü öldürülüb

Sharing is caring!

Bu gün İran-Pakistan sərhədində yerləşən Saravan sərhəd-keçid məntəqəsi yaxınlığında SEPAH-ın döyüşçüləri ilə naməlum silahlı qruplaşma üzvləri arasında şiddətli atışma olub.

Bu barədə İranın “Telegram” kanalları məlumat yayıblar.

Silahlı toqquşma nəticəsində SEPAH-ın dörd hərbçisi öldürülüb. Məlumatı İslam İnqilabı Keşikçiləri Korpusundan da təsdiqləyiblər.

Öldürülən iranlı hərbçilərin adları və rütbələri açıqlanıb.

Hələlik silahlı toqquşmanın hansı səbəbdən baş verdiyi bilinmir.

Mənbə: Tasnim

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir