Dünya

Pakistanlı ilahiyyatçılar Əfqanıstanla sərhəd münaqişəsinə son qoymağa çalışacaqlar

Sharing is caring!

Pakistan ilahiyyatçılarından ibarət nümayəndə heyəti Çəmən şəhəri yaxınlığında baş verən son toqquşmalardan sonra sərhəddəki münaqişələri həll etmək üçün Əfqanıstana səfər edəcək.

Bu barədə dekabrın 18-də Çəmən rayon administrasiyasından bildirilib.

Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, nümayəndə heyətinin tərkibinə Qəndəhar və Kabildə Əfqanıstan Müdafiə Nazirliyinin rəsmiləri və digər hökumət təmsilçilərilə görüşəcək, “Taliban”ın əsas liderləri ilə danışıqlar aparacaq dörd ilahiyyatçı daxildir.

Xatırladaq ki, ötən günlərdə əfqan sərhədçilərilə pakistanlı həmkarları arasında bir neçə dəfə atışma baş verib. İnsidentlər nəticəsində ölən və yaralananlar olub.

Mənbə: rossaprimavera.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir