Dünya

İranda türkmən qadın həkim təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirildi – FOTO

Sharing is caring!

İranda türkmən qadın həkim təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, dekabrın 17-də dəfn edilən əslən Türkmənsəhra türkmənlərindən olan və Tehranın “Çəmran” xəstəxanasında işləyən gənc həkim Ayda Rüstəmi təhlükəsizlik qüvvələri tərəfindən oğurlanıb və öldürülüb.

O, dekabrın 12-də işdən çıxdıqdan sonra yoxa çıxıb. Polis onun meyitini iki gün sonra ailəsinə təhvil verib və avtomobil qəzasında öldüyünü, sonra isə özünü körpüdən ataraq intihar etdiyini iddia edib.

Ayda Rüstəmiyə məxsus şəxsi əşyaların ailəsinə verilmədiyi, ailənin məsələni ictimailəşdirməməsi ilə bağlı təhdid edildiyi bildirilir. 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir