Dünya

İranda daha bir güneyli gənc edam oluna bilər

Sharing is caring!

İranda daha bir güneyli gənc edam oluna bilər. Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərindən olan Meysəm Mübrəhən noyabrın 19-da keçirilən etiraz aksiyasından sonra saxlanılıb.

Güneyli gənc İran bayrağını yandırmaqda təqsirləndirilir.

Mübrəhənə qarşı “müharibə” maddəsi ilə (İran qanunlarında bu “Allaha və dövlətə qarşı müharibə” kimi izah olunur – red.) ittiham irəli sürülüb.

Yaxınlarının məlumatına görə, Məlikanda İran bayrağı hökumətə bağlı qüvvələr tərəfindən yandırılıb və bu, etirazçıların separatçı olduğu barədə iddiaları əsaslandırmaq üçün həyata keçirilib. Hazırda Marağa həbsxanasında saxlanılan gənc isə işgəncələr altında bunu etiraf edib.

Mənbə: Kayhan London

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir