Dünya

Brüsseldə Avropa İttifaqı liderlər zirvəsi işə başlayıb

Sharing is caring!

Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı (Aİ) Liderlər Zirvəsi işə başlayıb.

İki günlük sammit çərçivəsində Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla, enerji, müdafiə və təhlükəsizlik məsələlərinin, Aİ-nin xarici əlaqələri və xüsusilə cənub qonşuları ilə əlaqələrinin müzakirə ediləcəyi gözlənilir.

Liderlər Aİ-nin Ukraynaya davam edən siyasi, hərbi, humanitar və mülki müdafiə yardımlarını, həmçinin Ukraynanın dağıdılmış əsas infrastrukturunun təmiri məsələlərini müzakirə edəcəklər.

Sammitin digər mövzusu enerji olacaq. Aİ liderləri Ukrayna müharibəsi ilə Avropadakı enerji böhranını müzakirə edəcəklər. Aİ Komissiyası tərəfindən təklif edilmiş və Aİ-nin enerji böhranına qarşı resepti kimi təqdim edilən; enerji tələbinin azaldılması, birgə qaz alışı, təhlükəsiz enerji təchizatı və aşağı enerji qiyməti hədəfi haqda fikir mübadiləsi olacaq. Liderlər elektrik enerjisi bazarı məsələsini də müzakirə edəcəklər.

Mənbə: İHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir