Cəmiyyət

Əlilliyi olan şəxslərə münasibətdə bir sıra vulqar ifadələr etik və müasir yanaşmaya uyğunlaşdırılıb

Sharing is caring!

Əlilliyi olan şəxslərə münasibətdə bir sıra vulqar ifadələr etik və müasir yanaşmaya uyğun yeniləri ilə əvəzlənib.

Son illər ölkəmizdə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğun şəkildə aparılan islahatlarla əlilliyi olan şəxslərlə bağlı qanunvericilikdə mühüm təkmilləşdirmələr aparılıb. 

Təkmilləşdirmələrin bir istiqaməti kimi, qanunvericilikdə əlilliyi olan şəxslərə münasibətdə onlarda neqativ hisslər, özünə inamsızlıq yaradan bir sıra vulqar, bayağı, kobud ifadələr müasir və etik yanaşmaya uyğun yeni ifadələrlə əvəzlənib.

Bununla bağlı 40-dək qanunvericilik aktında dəyişiklik edilib və həmin dəyişikliklər təsdiqlənib.

Belə ki: 

-“lal” sözü – “nitq qabiliyyəti tam məhdud olan” sözləri ilə, 
-“kor” sözü – “görmə qabiliyyəti tam məhdud olan” sözləri ilə, 
-“kar” sözü – “eşitmə qabiliyyəti tam məhdud olan” sözləri ilə, 
-“kəmağıllıq” sözü – “əqli gerilik” sözləri ilə,
-“şikəst olan” sözləri – “əlilliyi müəyyən edilmiş” sözləri ilə,
-“bədən qüsuru” sözləri – “fiziki çatışmazlıq” sözləri ilə,
-“şikəstlik” sözü – “xəsarət” sözü ilə 
və s. əvəz edilib.

Əvvəlki ifadələr əlilliyi olan şəxslərlə bağlı müəyyən mənfi stereotiplərin yaranmasına, onların sosial inteqrasiyasında çətinliklərə səbəb olurdu.

Əlilliyi olan şəxslərə münasibətdə istər danışıqda, istərsə də yazılı mətnlərdə yeni dəyişikliklərə uyğun ifadələrin işlədilməsi həmin şəxslərə, onların xüsusiyyətlərinə hörmətlə yanaşılmasını özündə ehtiva edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir