Dünya

Polis Avropa Parlamentində axtarışlar zamanı 1,58 milyon avro nağd pul aşkar edib – FOTO

Sharing is caring!

Avropa Parlamentində (AP) Qətərdə keçirilən futbol üzrə dünya çempionatı ilə bağlı korrupsiya işi üzrə aparılan axtarışlar zamanı polis 1,58 milyon avro nağd pul müsadirə edib.

Axtarışlar bazar ertəsi həyata keçirilib.

Çərşənbə axşamı Avropa Parlamentinin üzvləri Strasburqda keçirilən sessiyada bu işdə müttəhimlərdən biri olan AP-nin sədr müavini Yeva Kaylinin Sosialist fraksiyasından kənarlaşdırılmasına səs veriblər. Onun yunan vəkili bildirib ki, müştərisi korrupsiya ilə bağlı bütün ittihamları rədd edir. Kaylinin və ailə üzvlərinin Yunanıstandakı bütün əmlakına və bank hesablarına həbs qoyulub.

Ondan başqa, iş üzrə keçmiş sosialist deputat Pyer-Antonio Panzeri və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Luka Visentini də daxil olmaqla daha üç nəfər həbs edilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir