Dünya

Ukrayna diplomatları hədələnir: Səfirə qanlı paket göndərilib

Sharing is caring!

Ukraynanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə ard-arda hədələr daxil olub. Belə ki, bu gün səhər Ukraynanın Yunanıstandakı səfirliyinə qanlı paket göndərilib.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko öz “Telegram” hesabında yazıb.

“Göndərənin ünvanı əvvəllər Ukrayna səfirlikləri və konsulluqları tərəfindən qəbul edilmiş digər zərflərdə olduğu kimidir: Almaniyanın Zindelfingen şəhərindəki “Tesla” avtosalonu. Artıq Yunanıstan polisi araşdırmalara başlayıb”, – Oleq Nikolenko qeyd edib.

Diplomat əlavə edib ki, ümumilikdə, 17 ölkədə olan Ukrayna diplomatik nümayəndəliklərinə indiyədək 33 təhdid daxil olub.

Xatırladaq ki, noyabrın 30-da Madriddəki Ukrayna səfirliyinə zərf gəlib. Komendant zərfi götürərkən o əlində partlayıb.

Mənbə: Rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir