Dünya

Misirdə məscid və təhsil müəssislərinin yaxınlığında qəlyan çəkmək qanunla qadağan edildi

Sharing is caring!

Misirdə qəlyan bundan sonra yalnız məscid, kilsə və təhsil ocaqlarından ən azı bir kilometr aralıda yerləşən kafe və ya xüsusi təyin olunmüş obyeklərdə çəkilə bilər.

Bu barədə hökumətin təsdiq etdiyi qərar artıq dekabrın 11-dən qüvvəyə minib. 

Bundan başqa müştəriyə qəlyan təklif edən kafe və restoranlarda binaların havalandırılması, havanın təmizlənməsi üçün xüsusi tələblər tətbiq ediləcək.

Əlavə olaraq ərzaq mağazalarında və insanların çox olduğu qapalı yerlərdə qəlyan çəkmək də qanunla qadağan ediləcək.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir