Dünya

Kanada hökuməti İran, Rusiya və Myanmaya qarşı yeni sanksiyalar tətbiq edib

Sharing is caring!

Kanada hökuməti Rusiya, İran və Myanmadan olan bəzi şəxslərə və təşkilatlara qarşı bu ölkələrdə insan hüquqlarının pozulması hallarını əsas gətirərək yeni sanksiyalar tətbiq edib.

Bu barədə Kanada Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunur.

Belə ki, sanksiyalar Rusiya vətəndaşı olan 33 şəxsə və altı təşkilata şamil edilib.

İrandan isə bu siyahıya 22 nəfər, o cümlədən məhkəmə və penitensiar sistemdə yüksək vəzifə tutan şəxslərə, hüquq-mühafizə orqanlarının və siyasi dairələrin nümayəndələri daxil edilib.

Myanmadan isə 12 fiziki və üç nəfər hüquqi şəxs qarşı sanksiyalara məruz qalıb.

Sanksiyaları şərh edən Kanadanın xarici işlər naziri Melani Coli söyləyib ki, dünyada insan haqlarının qorunması sahəsində görüləsi iş kifayət qədərdir və Kanada bu sahədə fəaliyyətini davam etdirəcək.

Mənbə: Reuters

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir