Dünya

Rusiyalı əsgərlər atom stansiyasının məsul şəxslərini oğurladılar

Sharing is caring!

“Zaporojye atom elektrik stansiyasının (ZAES) işçiləri rusiyalı hərbçilər tərəfindən döyülüb və oğurlanıblar”.

Bu barədə Ukraynanın “Enerqoatom” Milli Nüvə Enerjisi İstehsalat Şirkəti xəbər yayıb.

Bildirilir ki, bir gün əvvəl rusiyalı hərbçilər ZAES-in sosial proqramlar departamentinin yerləşdiyi binaya soxulublar və digər əməkdaşların gözü qarşısında idarənin rəisi Aleksey Trubenkovu, həmçinin onun müavini Yuri Androsovu qəddarlıqla döyüblər. Bundan sonra onları otaqdan çıxararaq naməlum istiqamətə aparıblar.

Rusiyalı hərbçilər bundan başqa, ZAES-in növbə rəisi, nüvə və radiasiya təhlükəsizliyinə birbaşa cavabdeh Konstantin Beyneri saxlayaraq zirzəmiyə salıblar.

“Enerqoatom” şirkəti Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) və dünya ictimaiyyətini ZAES işçilərinin azad edilmələri üçün hər cür səy göstərməyə çağırıb.

Mənbə: Gazeta.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir