Dünya

ABŞ Türkiyə ordusunun hərbi əməliyyatlarına qarşı çıxıb

Sharing is caring!

“ABŞ Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirməyə hazırlaşdığı hərbi əməliyyatları dəstəkləmir”.

Belə bir mövqe ilə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi çıxış edib.

“Biz bu əməliyyatların baş verməsini istəmirik. Bu əməliyyatlar Suriyanın şimalında yaşayan dinc əhalini həyatını indikindən daha böyük risk altına atacaq. Həmçinin bizim Suriyada İŞİD-ə qarşı fəaliyyətlər göstərən əsgərlərimizin və şəxsi heyətimizin missiyası təhlükə altına düşəcək”, – deyə Ağ Ev rəsmisi vurğulayıb.

Bununla belə, Con Kirbi bəyan edib ki, Birləşmiş Ştatlar Türkiyənin terrora qarşı özünümüdafiə hüququnu tanıyır və dəstəkləyir.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir