Dünya

Avropada İran telekanalının yayımı dayandırılır

Sharing is caring!

Fransanın “Eutelsat” peyk operatoru Aİ-nin anti-İran sanksiyaları tətbiq etməsi nəticəsində Avropa İttifaqı (Aİ) ölkələrinin ərazisində yayımının dayandırılması barədə İranın dövlət telekanalı PressTV-ni məlumatlandırıb.

Bu barədə çərşənbə günü PressTV-nin saytında məlumat verilib.

Məlumatda müvafiq qərar “Aİ-nin ifadə azadlığını məhdudlaşdırmaq və alternativ fikirlərin yayılmasının qarşısını almaq cəhdi” kimi qiymətləndirilib.

Qeyd edək ki, “Eutelsat” Avropa, Yaxın Şərq, Asiya, Şimali və Cənubi Amerikaya peyk yayımını təmin edən operator şirkətidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir