Dünya

Yaponiyada məktub və bağlamaların dronlarla çatdırılmasına start veriləcək

Sharing is caring!

“Japan Post” 2023-cü ilin aprelində başlayacaq növbəti maliyyə ilində dronlardan istifadə edərək məktub və bağlamaları çatdırmaq niyyətində olduğunu açıqlayıb.

Söhbət xüsusi olaraq bu məqsədlər üçün hazırlanmış dronlardan gedir. Qurğu 35 kilometrdən artıq olmayan məsafəyə beş kiloqrama qədər yükləri daşımağa qadirdir.

Qeyd olunur ki, dronlar əsasən yazışmaların gündoğan ölkənin dağlıq bölgələrinə və kuryerlərin az olduğu ucqar adalara çatdırılması üçün istifadə olunacaq.

Əlavə edək ki, bu yaxınlarda Yaponiyada mülki aviasiya haqqında qanuna dəyişiklik edilərək dronların yaşayış məntəqələri üzərində uçuşuna icazə verilib. Bundan əvvəl dronlardan yalnız qeyri-yaşayış sahələri üzərində istifadə edilə bilərdi.

Mənbə: mir24.tv

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir