Dünya manset

Dünyanın illərdir gözlədiyi GÜN ÇATDI: saat 17:00-da Tramp açıqlayacaq

Sharing is caring!

ABŞ Prezidenti Donald Trampın tvitter hesabında “indicə tale əhəmiyyətli bir şey baş verib”, şəklində paylaşımından sonra Ağ Ev Trampın bu gün (Bakı vaxtı ilə saat 17:00-da) bir açıqlama verəcəyini bildirdi. Açıqlamanın məzmunu haqqında məlumat verilməyib. Lakin Trampın tviti sensasion bir iddianı da özü ilə gətirib.

XəbərAl.az  xəbər verir ki, ABŞ-ın “Newsweek” jurnalı ABŞ əsgərlərinin Suriyanın İdlib şəhərində İŞİD lideri Əbubəkr Əl-Bağdadini hədəf alan bir əməliyyat keçirdiyini yazıb.

Pentaqon səlahiyyətlilərinə istinad edilən xəbərdə bildirilir ki, Tramp ötən həftə İdlibdə Bağdadinin öldürülməsi üçün gizli bir əməliyyatın keçirilməsinə icazə verib. Səlahiyyətlilər Bağdadinin öldüyünə inandıqlarını, ancaq bunu təsdiqləmək üçün çalışdıqlarını söyləyiblər.

Ağ Evi məlumatlandıran hərbi səlahiyyətlilərin İŞİD liderinin öldürüldüyünə böyük ölçüdə əmin olduqlarını ifadə ediblər.

Bundan başqa, “Fox News” da mənbələrə istinadən eyni məlumatı yayıb. Bildirilir ki, ABŞ hərbçiləri zərərsizləşdirilən şəxsin kimliyini hələ rəsmi şəkildə təsdiqləməyiblər. Jurnalistlər güman edirlər ki, Trampın tvitterdəki paylaşımı bununla bağlı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir