Dünya

Tokioda su təchizatı stansiyasında partlayış – FOTO

Sharing is caring!

Yaponiyanın Tokio şəhərində su təchizatı stansiyasında baş verən partlayış nəticəsində bir nəfər həlak olub.

Səhər saatlarında Edoqava rayonunda partlayışın baş verməsi barədə yanğınsöndürmə idarəsinə məlumat daxil olub.

Qəza nəticəsində bir nəfər xəstəxanaya yerləşdirilsə də, daha sonra həmin şəxs xəstəxanada dünyasını dəyişib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Ehtimal olunur ki, daha bir işçi kanalizasiya quyusunda qalıb, lakin bu məlumat hələ təsdiqini tapmayıb.

Mənbə: Kyodo

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir