Dünya

Bitkoinin qiymətinin kəskin ucuzlaşa bilər

Sharing is caring!

Bazarlar 2023-cü ildə rəqəmsal valyuta “Bitcoin”in qiymətinin 70% azalaraq 5 min dollara düşəcəyi gözlənilməz ssenarilərdən birini lazımınca qiymətləndirmir.

Bunu “Standard Chartered”in qlobal tədqiqat rəhbəri Erik Robertsen bildirib.

Robertsenin sözlərinə görə, kriptovalyuta bazarında yeni iflaslar baş verərsə və bunun nəticəsində investorların rəqəmsal aktivlərə inamı azalarsa, ssenari reallaşacaq.

O, proqnozlar vermədiyini, lakin mövcud bazar konsensusundan əhəmiyyətli dərəcədə kənarda olan ssenarilər təklif etdiyini vurğulayıb.

Həmçinin, “Standard Chartered”in qlobal tədqiqat rəhbəri ehtimal edib ki, kriptovalyutaların dəyərinin aşağı düşməsi səbəbindən qızıl bahalaşa və qiyməti bir unsiya üçün 2,25 min dollara qədər çata bilər.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir