Dünya

Avropada həyəcan təbili çalınır: Soyuqdur, qaz da bahalaşmağa başladı

Sharing is caring!

Arktikadan soyuq hava kütlələrinin gəlməsi ilə əlaqədar Avropada qaz bahalaşıb.

Ekspertlərin sözlərinə görə, dekabrda kəskin soyuqlar gözlənilir. Bu isə kifayət qədər isti noyabr ayı ilə müqayisədə tələbatı əhəmiyyətli dərəcədə artıra bilər.

O da qeyd olunur ki, sakit hava şəraiti fonunda külək stansiyalarının istehsalı azaldığı üçün qazın qiyməti qalxmağa başlayıb. Dekabrda Avropada ilk ciddi şaxtalar gözlənilir; temperatur orta səviyyədən də aşağı olacaq.

Məlumata görə, mülayim payız kommunal xidmətlərə anbarı doldurmağa imkan vermişdi, lakin davamlı soyuq onları boşalda bilər.

Qeyd edək ki, noyabr ərzində Avropada qaz 18% bahalaşıb.

Mənbə: Bloomberg

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir