Dünya

Pakistanda kömür mədənində partlayış: 9 nəfər ölüb, 4 nəfər yaralanıb

Sharing is caring!

Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətinin Orakazi bölgəsində kömür mədənində partlayış baş verib.

Partlayışın şiddəti nəticəsində mədəndə meydana gələn çökmədə 9 işçi həyatını itirib, 4 işçi isə yaralanıb.

Orakazi bölgəsinin qubernatoru Adnan Fərid həyatını itirən və yaralananların Şanqla bölgəsindən olduğunu bildirib.

İlkin araşdırmalara görə, partlayışın şaxtada yığılan qazdan baş verdiyi ehtimal edilir.

Mənbə: TRT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir