Dünya

Avstraliya ordusunu intihar dalğası bürüdü: İşgəncə təlimlərindən sonra 45 əsgər özünü öldürdü

Sharing is caring!

Avstraliya ordusunu intihar dalğası bürüyüb.

45 avstraliyalı əsgər xüsusi təlim kursunu bitirdikdən sonra intihar edib. Kursda əsir düşəcəkləri təqdirdə əsgərlərə işgəncə və sorğu-suallara hazır olmaq üzrə təlimlər keçirilib.

Avstraliya Kəşfiyyat Məktəbinin rəis müavini polkovnik Saymon Douz bildirib ki, xüsusi kurslar qaynar nöqtələrdə əsir götürülə biləcək əsgərlərin ağır şərtlərə hazırlanması məqsədilə təşkil olunub. Kurs zamanı əsgərlərin zehni və fiziki cəhətdən bu ekstremal vəziyyətdə sağ qalmağa hazırlanmaları nəzərdə tutulub.

Avstraliya Müdafiə Departamentinin Təhqiqat Komissiyası qeyd edib ki, hərbi qulluqçular “əsirlərlə rəftarın çox yaxın imitasiyası” barədə razılıq kağızı imzalamalı idilər. Məsələn, xüsusi kurs zamanı hərbçilər çılpaq soyunmağa, uşaqlara bənzəyən kuklalar üzərində təcavüzü imitasiya etməyə, həmçinin seks oyuncaqlarından istifadə etməklə İncil üzərində masturbasiya etməyə məcbur ediliblər.

Mənbə: “The Guardian”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir