Dünya

Parlamentdə sülhməramlılar tənqid edildi: “Putinə hörmətsizlik edirlər”

Sharing is caring!

“Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingenti Azərbaycan toponimlərinin adlarını erməni adı ilə təqdim edir”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu parlamentin iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. 

O bildirib ki, Rusiya sülhməramlıları Rusiya Prezidenti Vladimir Putinin imzasına hörmətsizlik nümayiş etdirir. 

“10 Noyabr Bəyanatının altına imza atanlardan biri də Rusiya prezidentidir. Sülhməramlılar Rusiya prezidentinə də hörmətsizlik edirlər”, – deyə o əlavə edib. 

O bildirib ki, Milli Məclisin Regional məsələlər komitəsi Rusiya Dumasının müvafiq komitəsinə etiraz edəcək. 

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir