Dünya

Türkiyə ordusu Suriyada quru əməliyyatlar üçün hazırlıqları tamamlayıb

Sharing is caring!

Türkiyə ordusunun Suriya ilə həmsərhəd bölgələrdə yerləşən bölmələri bitişik ərazidə quru əməliyyatı üçün hazırlıqları başa çatdırıb və onun başlaması üçün əmr gözləyir.

Bazar ertəsi axşam Türkiyə Nazirlər Kabinetinin iclasında Suriyanın şimalında Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) və onun Suriya qolu olan Xalq Özünümüdafiə Qüvvələrinin (YPG) yaraqlılarına qarşı əməliyyatın keçirilməsi məsələsinin müzakirəsi planlaşdırılır. Mənbələr Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hökumətin iclasında əməliyyata başlamaq barədə qərar verəcəyini istisna etmir.

Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, ölkənin müdafiə naziri Hulusi Akar bazar ertəsi Türkiyə ordusunun komandanlığı və sərhədyanı bölgələrdəki birlik komandirləri ilə videokonfrans keçirib.

Mənbə: TRT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir