Dünya

Kutaisi hava limanı fəaliyyətini dayandırıb

Sharing is caring!


Kutaisi Beynəlxalq Hava Limanı reyslərin ləğvi ilə nəticələnən güclü yağışlar səbəbindən çərşənbə axşamı səhər saat 07:00-a qədər fəaliyyətini dayandırıb.

Bu barədə Gürcüstan Hava Limanları Assosiasiyası məlumat yayıb.

“Aeroportun fəaliyyətinin dayandırılmasına səbəb Qərbi Gürcüstanda pis hava şəraiti və güclü yağışlardır. Hazırda hava limanının sərnişin terminalının işində fasilə yaranıb”, – məlumatda deyilir.

Qeyd edildiyi kimi, Kutaisi hava limanına çatmalı olan planlı reyslər Tiflis hava limanına yönləndirilib. Aeroport ərazisində ekspertlər qrupu işləyir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir