Dünya

Bundestaqın ofislərində “soyuq yellər” əsir: Alman deputatlar şikayətləndilər

Sharing is caring!

Alman deputatlar enerjiyə qənaət səbəbilə Bundestaqın ofislərində temperaturun aşağı olmasından narazılıqlarını bildiriblər.

Bu barədə “Spiegel”in köşə yazarı Tim Neumann yazıb.

Materialda deyilir ki, ofislərdə və iclas zallarında 19 dərəcə temperatur saxlanılır, keçid otaqlarında isə istilik sistemləri tamamilə söndürülüb.

“Yaşıllar” fraksiyasının deputatı Renate Kyunastın sözlərinə görə, iş günlərinin birində o, kabinetində qalın kürklə oturmalı olub və isinmək üçün daim o yan-bu yana var-gəl edib.

“Ancaq yenə də qısa müddətdən sonra burnum axmağa başladı. Bu, dəhşətdir!” – deyə deputat qəzəbini ifadə edib. Kyunast administrasiyanın vəziyyətə nəzarət etmədiyini qeyd edib.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir