Dünya

Rusiyada fövqəladə vəziyyət: Sakinlərdən evdə qalmaları istənildi

Sharing is caring!

Kamçatkanın (Rusiya) Yelizovo şəhərində metal anbarında utilizasiya zamanı xlor sızması baş verib. 

Şahidlərin sözlərinə görə, bazanın yaxınlığında duman əmələ gəlib, kəskin kimyəvi qoxu hiss olunur.

RF Fövqəladə Hallar Nazirliyinin əməkdaşları maddənin çökməsi üçün su pərdəsi təşkil etməyə başlayıblar.

Xilasedicilər sakinləri mənzillərində qalmağa, küçədə olanları isə yaxınlıqdakı müəssisələrə girməyə çağırırlar.

Mənbə: “Amur Mash” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir