Dünya

Kim Çen In qızı ilə ictimaiyyət qarşısına çıxdı – FOTO

Sharing is caring!

Koreya Mərkəzi Xəbər Agentliyi Kim Çen In ilə “Hvason-17” qitələrarası ballistik raketinin buraxılışı üzərində işləyən hərbçilər, elm adamları və texniki işçilər arasında keçirilən görüşdən fotoları yayımlayıb.

Görüşdə onu qızı müşayiət edib. Cənubi Koreya mətbuatının məlumatına görə, onun adı Çju Edir.

Qeyd edək ki, Kim Çen Inın qızı ilk dəfə ictimaiyyət qarşısına noyabrın 18-də çıxıb. O, atası ilə birlikdə “Hvason-17” raketinin buraxılışında iştirak edib.

Mənbə: kommersant.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir