Dünya manset

PKK liderindən gözlənilməz əmr: Bölgəni tərk etməyin!

Sharing is caring!

Türkiyə və ABŞ arasında rəsmi Ankaranın Suriyada hərbi əməliyyatları müvəqqəti dayandırmasına dair razılaşmaya baxmayaraq, PKK-YPG terror qruplaşması bölgəni hələlik tərk etməyib.

XəbərAl.az  xəbər verir ki, verilən 120 saatı sonuna qədər istifadə etmək istəyən terrorçular təhlükəsizlik bölgəsindən hələlik yalnız yaralı terrorçuları çıxarıb.

Bundan əlavə, sözügedən prosesə PKK lideri Cəmil Bayıkın şiddətlə qarşı çıxdığı bəlli olub. Belə ki, Bayık PKK-YPG qruplaşmasına bölgəni tərk etməməklə bağlı göstəriş verib.

“Şimal-şərqi Suriyada xalqlar sözügedən hücumlara qarşı dirənməli və torpağını tərk etməməlidir”, – PKK lideri bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir