Dünya

İrlandiya və Moldova Qolodomoru Ukrayna xalqının soyqırımı kimi rəsmən tanıyıb – FOTO

Sharing is caring!

İrlandiya və Moldova parlamentləri Qolodomoru Ukrayna xalqının soyqırımı kimi rəsmən tanıyıb.

“Ehren Senatının (İrlandiya parlamentinin yuxarı palatası – red.) Ukraynada 1932-33-cü illərdə baş vermiş Qolodomorun Ukrayna xalqının soyqırımı kimi tanınması ilə bağlı qərarı həqiqətən tarixi qərardır. İrlandiya bizim ən yaxın dostlarımızdan biridir”, – Ukraynanın İrlandiyadakı səfirliyinin bəyanatında deyilir.

Eyni zamanda, Moldova parlamenti Qolodomorun “kommunist rejiminin əleyhdarlarını məhv etmək niyyəti ilə planlaşdırılan tədbirlərin nəticəsi və həmin şəxsləri əsarət altına almaq siyasətinin əsas aləti” kimi tanınmasını təklif edən bəyannamənin lehinə səs verib.

Xatırladaq ki, bundan əvvəl Rumıniya parlamenti də 1932-1933-cü illərdəki Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir