Dünya

Messi DÇ-2022-də vurduğu qolla tarix yazdı

Sharing is caring!

Lionel Messi dünya çempionatları tarixinə damğasını vurub.

Ulduz futbolçu DÇ-2022-də Argentina yığmasının Səudiyyə Ərəbistanı ilə matçının 10-cu dəqiqəsində penaltidən vurduğu qolla adını bir daha tarixə yazdırıb.  

Bu qolla Lionel Messi 4 müxtəlif dünya çempionatında qol vuran 5-ci futbolçu olub.

Bundan əvvəl Kriştianu Ronaldu, Miroslav Klose, Uve Seeler və Pele də bu uğura imza atıblar.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir