Dünya

ABŞ-da Federal Prokurorluq ermənipərəst senatorun arvadı ilə bağlı araşdırma başlatdı – FOTO

Sharing is caring!

Manhettenin federal prokurorları amerikalı ermənipərəst senator Robert Menendesin “xeyirxahlığ”ı müqabilində onun arvadı Nadine Arslanyanın “hədiyyə”lər alıb-almaması ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə ABŞ mətbuatı məsələ ilə yaxından tanış olan mənbələrə istinadən yazıb:

“Nyu-Cersidən olan ermənipərəst senator Robert Menendesin qəbuluna düşmək istəyən insanlar onun həyat yoldaşını “görməli”ymiş.

Məlumata görə, Arslanyanın “tərəfdaş”ları Nyu-Yorkun Cənub Bölgəsi üzrə Baş Prokurorluğu tərəfindən aparılan təhqiqat çərçivəsində hüquq-mühafizə orqanlarına çağırılıb və onlardan həm Nadine Arslanyan, həm də senator əri haqqında məlumat vermələri istənilib.

Qeyd edək ki, hazırda aparılan istintaq 2015-ci ildəkindən ayrıdır. Həmin vaxt Floridada göz həkimi kimi fəaliyyət göstərən Salomon Melgen ilə münasibətinə görə 68 yaşlı Menendesə qarşı rüşvət və korrupsiya ittihamları irəli sürülmüşdü, prokurorlar Menendesi seçki kampaniyası üçün 1 milyon dollara yaxın ianə və “səxavətli hədiyyələr” (şəxsi təyyarə uçuşları, birinci dərəcəli kommersiya uçuşu və çarter uçuşu) almaqda ittiham etmişdilər.

Nadine Arslanyanla bağlı hazırkı təhqiqat ən azı 2019-cu ilə təsadüf edir. Həmin vaxt müstəntiqlər Arslanyanın ortağı, nyu-cersili iş adamı Vael Xanın əmlakı üçün axtarış orderi vermişdilər.

Prokurorlar iş materiallarına əsasən mümkün gizli xarici lobbiçilik fəaliyyətini araşdırırlar.

Mənbə: Wall Street Journal

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir