Dünya

İlk bitki mənşəli elektromobil təqdim olundu – FOTO

Sharing is caring!

İspaniyanın “Liux” startapı dünyanın ilk bitki əsaslı avtomobilini təqdim edib. “Animal” elektromobili 90 faiz təkrar emal edilmiş və üzvi materiallardan (məsələn, kətan liflərindən) hazırlanıb.

O, 240 at gücünə malik elektrik mühərriklə təchiz edilib və birdəfəyə 600 kilometrə qədər yol qət edə bilir. “Animal”ın maksimal sürəti saatda 200 kilometrdir.

Avtomobil 2024-cü ildə bazara çıxarılacaq və onun qiyməti 39 min avrodan başlayacaq.

3D çap texnologiyası və sadə dizayn qiyməti aşağı salmağa kömək edəcək.

Mənbə: motor.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir