Dünya

İstanbuldakı partlayışda zərərçəkənlərin çoxu xəstəxanalardan buraxılıb – FOTO

Sharing is caring!

İstanbulun İstiqlal küçəsində baş verən partlayışda yaralanan 60-dan çox insan xəstəxanalardan buraxılıb.

Bu barədə İstanbul valisi Əli Yerlikaya məlumat verib.

“61 zərərçəkən evə buraxılıb, 14 xəstə xəstəxana palatalarında, 6 xəstə reanimasiya şöbəsindədir”, – o, “Twitter”də yazıb.

Xatırladaq ki, noyabrın 13-də İstanbulun İstiqlal küçəsində baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 80-dən çox insan yaralanıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir