İdman

Emin Mahmudov: “Millidəyiksə, hər matça qələbə üçün çıxmalıyıq”

Sharing is caring!

“Bu oyunlar bir-birimizi başa düşmək üçün lazımdır. Asan olacağını düşünmürük. Millidəyiksə, hər matça qələbə üçün çıxmalıyıq. İnanıram ki, sabah məqsədimizə çatacağıq”.

“Report” xəbər verir ki, bunu Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudov səfərdə Moldovaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

30 yaşlı yarımmüdafiəçi rəqibin zəif olduğunu düşünmədiyini bildirib: “Bəzi oyunçuları Rusiyada çıxış edir. Onlarla tanışlığım var. Asan oyun olmayacaq”.

Qeyd edək ki, noyabrın 16-da Kişineudakı “Zimbru” stadionunda oynanılacaq Moldova – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir