Dünya

ABŞ Rusiya ilə Ukrayna arasında danışıqlar üçün zəmin hazırlayır

Sharing is caring!

ABŞ Dövlət Departamenti hazırda Rusiya və Ukrayna arasında mümkün danışıqlar üçün zəmin hazırlayır.

Lakin Vaşinqton administrasiyasında belə addımların zəruriliyi ilə bağlı fikir ayrılığı var.

Bu barədə ABŞ administrasiyasının bir neçə nümayəndəsi bildirib.

Bu mövzuda mübahisələr keçən həftə Vaşinqtonda başlayıb. ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli Nyu-York İqtisadi Klubunda keçirilən tədbirdə çıxışı zamanı qeyd edib ki, Ukraynadakı müharibədə çox güman, birmənalı şəkildə hərbi qələbə olmayacaq. Həmçinin tərəflər “başqa vasitələrə müraciət etmək” məcburiyyətində qalacaqlar.

Generalın fikrincə, qarşıdan gələn qış Ukrayna ilə Rusiya arasında danışıqlara başlamaq üçün imkanlar açır.

Pentaqonda çoxları bu fikirlə razıdır. Amerika hərbi departamentinin yüksək rütbəli nümayəndələri hesab edir ki, Kiyevin azad etmək ümidində olduğu ərazilərdən Rusiya qoşunlarını sıxışdırıb çıxarması asan olmayacaq. Məmurlardan biri hesab edir ki, Xerson vilayətindəki vəziyyət qarşıda nə qədər şiddətli döyüşlərin və insan itkilərinin ola biləcəyinə nümunədir.

“Niyə sülh danışıqlarının müzakirəsinə indidən başlanılmasın?”, – deyə o bildirib.

Başqa bir mənbə isə verdiyi açıqlamada qeyd edib ki, ABŞ Dövlət Departamenti Ukrayna və Rusiya arasında mümkün sülh danışıqları üçün zəmin hazırlayır. Ancaq detallar barədə hansısa məlumat verilməyib.

Eyni zamanda, ABŞ administrasiyası vurğulayır ki, Vaşinqton bu cür məsləhətləşmələri yalnız Kiyevlə birgə və sıx koordinasiya şəraitində aparacaq.

Mənbə: “Politico”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir