Dünya

OPEC qlobal neft tələbatı proqnozunu aşağı salıb

Sharing is caring!

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2022-ci ildə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu sutkada 0,1 milyon barel azaldaraq 2,5 milyon barelə endirib.

Bu barədə noyabr ayı üzrə aylıq Neft Bazarı Hesabatında deyilir.

Təşkilatın proqnozuna görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələr arasında (ümumilikdə bu birlikdə ABŞ, Kanada, Macarıstan, Estoniya da daxil olmaqla 34 ölkə var) 2022-ci ildə neftə tələbat 1,3 milyon barel artaraq sutkada 46,1 milyon barelə çatacaq.

OPEC həmçinin 2023-cü ildə neftə tələbat artımı proqnozunu sutkada 0,1 milyon barel azaldaraq 2,2 milyon barelə endirib.

Proqnozun dəyişdirilməsinin səbəbləri arasında qlobal iqtisadiyyatdakı qeyri-müəyyənlik, koronavirus pandemiyasının qarşısını almaq üçün tədbirlərin təsiri və geosiyasi gərginlik göstərilib.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir