Dünya

Katrin Kolonna İranda Fransa vətəndaşlarının həbsi barədə: “Tehran yanlış yolun əvəzini ağır ödəyəcək” – FOTO

Sharing is caring!

“İran tutduğu yanlış yolun əvəzini ağır ödəyəcək”.

Bunu Fransa xarici işlər naziri Katrin Kolonna bildirib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.  

Nazir iki Fransa vətəndaşının İranda həbsdə olduğu ehtimalına münasibət bildirərkən bu sözləri deyib.

O, ümumilikdə İranda həbsdə olan Fransa vətəndaşlarının sayının yeddi nəfərə çatdığını açıqlayıb.

Fransalı nazir saxlanılan vətəndaşlarla bağlı narahatlığını ifadə edib.

“Biz ziddiyyətli məlumatları yoxlamağa çalışırıq”, – deyə o qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir