Dünya

Kriştianu Ronaldu: “Ten Haqa hörmət etmirəm, klub məni getməyə məcbur etməyə çalışdı”

Sharing is caring!

“İnsanlar məni klubda görmək istəmirlər”.

Bu barədə “Mançester Yunayted” futbol klubunun hücumçusu Kriştianu Ronaldu müsahibəsində bildirib.

“Piers Morgan Uncensored” şousu üçün danışan Ronaldu bir sıra sensasiyalı açıqlamalar verib. O, “Mançester Yunayted”i xəyanətdə ittiham edib.

“Bəli, klub məni getməyə məcbur etməyə çalışdı. Tək məşqçi yox, klubdakı bir neçə başqa adam da bunu istəyirdi. Özümü xəyanətə uğramış hiss edirdim. Hiss edirdim ki, insanlar məni klubda görmək istəmirlər. Təkcə bu il yox, keçən mövsüm də. Məndən “günah keçisi” düzəltdilər. Mən Ten Haqa hörmət etmirəm”, – deyə futbolçu qeyd edib. 

Mənbə: Sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir