Dünya

Rusiyalı bölmədə iki qadın polisə hücum etdi – VİDEO

Sharing is caring!

Obninskdə kafedə əlbəyaxa davadan sonra saxlanılan şəxs polis bölməsində iki qadın polisə hücum edib. O, işçilərdən birinin əlindən silahı qoparmağa çalışıb.

Dmitri Jurkov “Xinkalnıy Dvorik” kafesində xuliqanlıq etdiyinə görə saxlanılıb. Görünür o, sərxoş olub, cəsarətlənib və nədənsə kafe sahibinin maşınına zibil qutusu atıb.

İlkin məlumatlara görə, Jurkov Obninsk müəssisələrindən birinin baş direktoru işləyir. Davadan sonra həmin şəxs şöbəyə gətirilsə də, orada sakitləşməyib və bölmənin dəhlizində iki işçiyə hücum edib. Köməyə gələn digər polis əməkdaşları  Jurkovun əllərini qandallayıblar.

İndi polis əməkdaşlarına hücum edən şəxsi 12 ilə qədər həbs cəzası gözləyir.

Mənbə: Baza

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir