Dünya

ABŞ-da model-alim ilanın mədəsindən timsah çıxardı – FOTO/VİDEO

Sharing is caring!

Florida ştatından (ABŞ) olan model və alim 26 yaşlı Rozi Mur öz laboratoriyasında nəhəng pitonunun mədəsindən bir metr yarımlıq alliqator çıxarıb. Bu işdə Mura bir qrup elm adamı kömək edib.

Əməliyyat Everqleyds Milli Parkındakı ərazilərin invaziv piton növləri tərəfindən tutulması ilə bağlı mövcud problemi əks etdirir. Bu ilanlar məməliləri və kiçik sürünənləri ovlayır.

Murun sözlərinə görə, mütəxəssislər beş metrlik piton tutaraq dövlət tələblərinə uyğun olaraq evtanaziya ediblər. Bundan sonra piton laboratoriyaya aparılaraq yarılıb.

Qeyd edək ki, Mur fəza texnologiyaları və insanın ətraf mühitlə qarşılıqlı əlaqəsi üzrə ixtisaslaşmış alimdir. O, əsas işindən əlavə bikini-modeli kimi də çalışır.

Mənbə: rtraveler.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir