Dünya

ABŞ və Çin liderləri arasında görüş keçiriləcək

Sharing is caring!

Noyabrın 14-də İndoneziyanın Bali adasında keçirilən iyirmilik qrupunun (Böyük iyirmilik – G20) sammiti çərçivəsində ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Cinpin arasında ikitərəfli görüş keçiriləcək.

Bu barədə cümə axşamı Ağ Evin mətbuat katibi Karin Jan-Pyer məlumat verib.

Onun yaydığı yazılı açıqlamaya görə, görüş 14 noyabr 2022-ci ildə baş tutacaq.

“Liderlər Birləşmiş Ştatlar və Çin arasındakı əlaqələrin saxlanılması və genişləndirilməsi səylərini müzakirə edəcəklər. Həmçinin, dövlət başçıları bir sıra regional və qlobal problemlər üzərində də fikir mübadiləsi aparacaqlar”, – Ağ Evin sözçüsü bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir