Dünya

Bayden Rusiyanın Xersondan çəkilməsi ilə bağlı: “ABŞ Konqresinə seçkinin sonuna qədər gözlədilər”

Sharing is caring!

“Xerson vilayətində Dnepr çayının sağ sahilindən Rusiyanın öz qoşunlarını çıxarmaq qərarı Moskvanın ordu ilə bağlı real problemlər yaşadığından xəbər verir”.

Bu barədə ABŞ Prezidenti Co Bayden Ağ Evin sosial şəbəkələrdə yayımladığı mətbuat konfransında bildirib.

ABŞ Prezidentinə Rusiyanın Xerson vilayətinin sağ sahilindən ordunu təxliyə etməsinə dair bəyanatı ilə bağlı sual ünvanlanıb. Bayden bu təxliyənin müharibədə potensial dönüş nöqtəsi hesab edilməsi və Ukraynanın hazırda Moskva ilə sülh danışıqlarına başlamaq üçün rıçaqlarının olub-olmaması ilə bağlı suala maraqlı cavab verib.

“Birincisi, mənə maraqlı gəlir ki, onlar (rusiyalılar – red.) bu qərarı qəbul etmək üçün seçkinin sonuna qədər (ABŞ Konqresinin hər iki palatasına) gözlədilər. Həmçinin biz onların bunu edəcəklərini bilirdik. Və bu, Rusiyanın hərbçilərlə bağlı müəyyən real problemlərinin olması faktını təsdiqləyir”, – deyə Bayden qeyd edib.

“İkincisi, bu qərar ən azı qış dövrü üçün hər kəsə öz mövqelərini dəyişməyə zaman qazandıracaq. Həmçinin Ukraynanın Rusiyaya güzəştə getməyə hazır olub-olmadığı da aydınlaşdırılmalıdır”, – deyə ABŞ prezidenti vurğulayıb.

Bayden noyabrın 15-16-da İndoneziyanın Bali şəhərində keçiriləcək G20 sammitində iştirak edəcəyini də təsdiqləyib.

“Mənə dedilər ki, Prezident Putin, yəqin ki, orada olmayacaq, lakin digər dünya liderləri İndoneziyada olacaqlar. Və bizim imkanımız olacaq ki, növbəti addımlarımızın necə olacağı barədə dəqiqləşdirmələr aparaq”, – deyə Bayden əlavə edib.

Mənbə: UNIAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir