Dünya

Ərdoğan Rusiya ordusunun geri çəkilməsini müsbət qiymətləndirib

Sharing is caring!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın öz qoşunlarını Xersondan çıxarmasını müsbət qiymətləndirib.

Türkiyə lideri bu barədə Özbəkistana səfərindən öncə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O həmçinin əlavə edib ki, Türkiyə Rusiya-Ukrayna danışıqlarında vasitəçilik rolunu yerinə yetirməkdə davam edəcək.

Rusiyanın “Taxıl müqaviləsi”ndə iştirakının bərpasına münasibət bildirən Türkiyə Prezidenti söyləyib ki, bunun səbəbi Vladimir Putinlə aralarında olan qarşılıqlı hörmət və etibarlı münasibətlərdir. 

Xatırladaq ki, Rusiya bir neçə gün əvvəl “Taxıl sazişi”ndən çıxdığını elan etmişdi. Lakin Ərdoğanın Putinlə apardığı danışıqlar nəticəsində Rusiyanın “Taxıl sazişi”ndə iştirakını bərpa etmək mümkün olmuşdu.

Mənbə: Kommersant

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir