Dünya

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri BTC-nin mühafizəsini məşq etdilər – FOTO

Sharing is caring!

Türkiyədə bu ölkənin həmçinin Azərbaycan və Gürcüstan hüquq-mühafizə orqanlarının iştirakı ilə “ETERNITY 2022” komanda-qərargah təlimləri keçirilib.

Təlimin məqsədi hüquq-mühafizə orqanlarının əməkdaşları ilə Gürcüstan, Türkiyə və Azərbaycanın hərbi qüvvələri arasında qarşılıqlı əməliyyat qabiliyyətini artırmaqdır.

Qeyd olunub ki, Strateji Kəmərlərin Mühafizəsi Departamentinin əməkdaşları təlimlərin həm kompüterdəstəkli, həm də sahə komponentlərini icra ediblər. Təlimə qurumun Sürətli Reaksiya Bölməsinin əməkdaşları da cəlb ediliblər.

Məlumata görə, təlimin ssenarisi böhran vəziyyətində Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin mühafizəsinin təşkil edilməsini nəzərdə tutan sülhməramlı əməliyyatın həyata keçirilməsinə əsaslanıb.

Vurğulanıb ki, tapşırıq uğurla icra edilib və iştirakçılar tərəfindən müsbət qiymətləndirilib.

Mənbə: Police.ge

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir