Dünya

Rusiyadan qaçan Kseniya Sobçak ölkəsinə qayıtdı

Sharing is caring!

Rusiyalı jurnalist Kseniya Sobçak ölkəsinə qayıdıb.

Bu barədə Rusiya mediası şahidlərə istinadən xəbər verib.

Bildirilir ki, aparıcı Pskov vilayətində sərhədi keçib.

Sobçakın özü hələlik bu barədə açıqlama verməyib. Ötən həftə anası, Federasiya Şurasının üzvü Lyudmila Narusova qızının “çox tezliklə” Rusiyaya qayıdacağını bildirib.

Xatırladaq ki, Sobçak oktyabrın 26-da Rusiyanı tərk edib. O, istintaqı çaşdırmaq üçün öncədən Dubay və Türkiyəyə bilet alıb, sonra isə Moskvanı tərk edib və Belarusdan keçməklə Litvaya gedib.

Bildirilir ki, əməliyyatçıların əlində Kseniya Sobçakın saxlanılmasına dair həbs qərarı olub, lakin o, ölkədən qaçmaqla gizlənməyə nail ola bilib. Ehtimal edilir ki, Sobçakın həbsinə dair qərar onun kommersiya direktoru Kirill Suxanov, eləcə də “Tatler” jurnalının keçmiş baş redaktoru Arian Romanovskinin fiqurantları olduğu cinayət işi ilə bağlıdır.

Daha əvvəl bildirilmişdi ki, Kseniya Sobçakın bağ evində axtarış aparılıb. Jurnalistin özü isə Suxanovun saxlandığını təsdiqləyib, lakin ətraflı açıqlama verməyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir