Dünya

Komadan ayılan Karpovun vəziyyəti yenidən pisləşdi

Sharing is caring!

Şahmat üzrə keçmiş dünya çempionu Anatoli Karpovun vəziyyəti ağırdır.

Onun hələ də süni nəfəs aparatına qoşulduğu qeyd edilir. Həkimlər şahmatçının həyatını xilas etmək üçün əllərindən gələni edirlər.

Xatırladaq ki, ötən həftə Karpov Rusiya Dövlət Dumasının yaxınlığında huşsuz vəziyyətdə tapılıb. Xəstəxanaya gətirilərkən alkoqolun güclü təsiri altında olan qrosmeysterə qapalı kəllə-beyin travması, sol bud sümüyünün sınığı diaqnozu qoyulub. Travmaları ağır olduğundan Karpov süni koma vəziyyətinə salınıb. Daha sonra Karpovun həyat yoldaşı Natalya Bulanova qrosmeysterə pnevmoniya diaqnozu qoyulduğunu, həmçinin vəziyyətinin xeyli yaxşılaşdığını və evə buraxılmağa hazırlaşdığını bildirmişdi.

Mənbə: “112” Telegram kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir