Dünya

Sankt-Peterburqda gölməçədən içində qadın ayaqları olan çanta tapıldı

Sharing is caring!

Rusiyanın Sankt-Peterburq şəhərində İjora gölməçəsinin (Neva çayının qolu) yaxınlığında içində insan qalıqları olan çanta tapılıb.

Kolpino rayonunda gölməçəni təmizləyərkən qara rəngli çanta aşkar edilib. Onu hövzədən çıxarıblar. Çantanın içərisində qadın ayaqları olub.

Ekspertiza göstərib ki, qalıqlar 9 gündən 13 günə qədər suda qalıb. Mərhumun yaşı hələ müəyyən edilməyib.

Hüquq-mühafizə orqanları zərərçəkənin şəxsiyyətini və cinayətin başvermə şəraitini müəyyənləşdirməyə çalışır.

Mənbə: Mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir